BAKI, 18 iyul. TELEQRAF
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyada ABŞ-nin nəzarətində olan Əl-Əzraq hava bazasına hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Bildirib ki, SEPAH İordaniyanın Əl-Əzraq şəhərindəki qırıcı təyyarə sığınacaqlarına və ABŞ hava bazasına eyni vaxtda dağıdıcı raket və pilotsuz təyyarə hücumu həyata keçirib.
Hücum nəticəsində iki qırıcı təyyarə məhv edilib, bir neçə təyyarəyə ciddi ziyan dəyib.