BAKI, 18 iyul. TELEQRAF
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytin cənubundakı Əhmədi şəhərində yanacaq terminalına zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd edilir ki, terminal Amerika donanmasını yanacaqla təmin edirmiş.
Küveyt Silahlı Qüvvələrinin mətbuat xidməti sosial mediada İranın pilotsuz təyyarəsinin hücumunun dəf edildiyini bildirib.
Ölkənin Elektrik və Su Nazirliyinin məlumatına görə, zərbələr nəticəsində elektrik stansiyasına və duzsuzlaşdırma zavoduna ziyan dəyib. Bir neçə enerji bloku söndürülüb.
Küveyt Hava Yolları, Küveyt Beynəlxalq Hava Limanındakı məhdudiyyətlər səbəbindən əksər uçuşlarını təxirə salıb.