BAKI, 18 iyul. TELEQRAF
Sevastopoldakı yanacaqdoldurma məntəqələrində artıq ikinci gündür ki, yanacaq tapılmır.
Teleqraf xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev iyulun 18-də şəhərdəki yanacaqdoldurma məntəqələrində yanacağın olmayacağını açıqlayıb.
Ötən gün benzin və dizel yanacağı da mövcud deyildi.
Qeyd edək ki, yazın sonlarından bəri Krımda yanacaq satışı məhdudlaşdırılıb. İyulun əvvəlində regional qubernator Sergey Aksyonov vəziyyəti gərgin qiymətləndirib.