BAKI, 18 iyul. TELEQRAF
Fransa Milli Gününün qonaqları bağırsaq infeksiyası simptomları ilə xəstəxanaya yerləşdiriliblər.
Teleqraf xəbər verir ki, bu barədə "Armat Media" məlumat yayıb.
Ermənistanda qeyd olunan Fransa Milli Gününə həsr olunmuş şənlikdən sonra qonaqların əksəriyyəti bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, şənlikdə Ermənistanın baş nazirin müavini Mqer Qriqoryan və digər rəsmi şəxslər də iştirak edib.