BAKI, 18 iyul. TELEQRAF
"Terrorizm sürətlə kiberməkana doğru irəliləyir".
Teleqraf xəbər verir ki, bu barədə BMT Baş katibinin Terrorla Mübarizə üzrə müavini vəzifəsini icra edən Aleksandr Zuyev TASS-a müsahibəsində deyib.
BMT-nin Baş katibinin müavini vəzifəsini icra edən Zuyev vurğulayıb ki, terrorizm hazırda əhəmiyyətli bir transformasiya yaşayır: o, kiberməkana doğru irəliləyir və internet vasitəsilə tərəfdarlar toplamaq cəhdləri getdikcə artır.
Zuyevin qeyd etdiyi kimi, bugünkü vəziyyət 30-40 il əvvəl terrorçulara sadəcə nağd pulların çamadanlarda təhvil verildiyi vaxtdan çox fərqlidir.
"Bu, artıq lazım deyil, çünki kiberməkan mövcuddur və onlar orada aktiv və effektiv şəkildə fəaliyyət göstərirlər", - deyə o izah edib.