BAKI, 18 iyul. TELEQRAF

İranın ali lideri Müctəba Xamenei ABŞ və İsrail ilə müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə iranlı mənbə TASS-a bildirib.

Bildirilib ki, təhlükəsizlik vəziyyəti sabitləşdikdən sonra o, ictimaiyyətin qarşısına çıxacaq.

O da qeyd olunub ki, İranın yeni ali liderinin ilk beynəlxalq təması Rusiya Prezidenti Vladimir Putinlə ola bilər.