BAKI, 17 iyul. TELEQRAF
Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistemləri Qara dənizdə Rusiya kölgə donanmasının 12 gəmisini vurub.
Teleqraf xəbər verir ki, bu barədə Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Facebook" -da məlumat verib.
Bunlar doqquz quru yük gəmisi, qaz daşıyan iki tanker və bir yedək gəmisidir.
İyulun 6-dan 17-dək "MoLoChKa" əməliyyatı çərçivəsində Pilotsuz Sistemlər Qüvvələri Rusiyanın kölgə donanmasından ümumilikdə 159 gəmini vurub: 117-sini Azov dənizində, 42-sini isə Qara dənizdə.