BAKI, 17 iyul. TELEQRAF
Çin Azərbaycana minatəmizləmə prosesi üçün 2 ədəd "X-ray" cihazı ianə edib
Teleqraf xəbər verir ki, bunu Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov brifinqdə deyib.
O qeyd edib ki, cihaz qapalı yerlərdə minatəmizləmə əməliyyatı üçün istifadə edilir.
"Xüsusilə evlərin təmizlənməsi zamanı istifadə edilir", - bildirib.