BAKI, 17 iyul. TELEQRAF
Hazırda ölkə üzrə 14 heyvan bazarının fəaliyyəti bərpa edilib.
Teleqraf xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev altı ayın yekunlarına həsr olunan mətbuat konfransında deyib.
O bildirib ki, bu yaxınlarda Xaçmaz heyvan bazarı fəaliyyətə başlayacaq.
Ə.Nəbiyev qeyd edib ki, cari ilin 6 ayı ərzində 11 heyvan bazarı yenidənqurmadan sonra istifadəyə verilib.