BAKI, 17 iyul. TELEQRAF
Almaniyanın xarici işlər naziri Yohan Vadeful Livandan çıxarıldıqdan sonra BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) yerini tutmaq üçün Aİ missiyasının yaradılmasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə "RND"-yə müsahibədə bildirib.
O qeyd edib ki, Aİ-də UNIFIL missiyasının mandatının müddəti bitdikdən sonra Avropa mandatı çərçivəsində təhlükəsizlik boşluğunun yaranmamasını təmin olunmasını araşdırmalıyıq. Onun fikrincə, Aİ missiyası İsrailə Hizbullahın terrorla geri dönəcəyindən qorxmadan Livandan qüvvələrini çıxarmağa imkan verəcək.
Vadeful Livandakı vəziyyətin müsbətə doğru dəyişəcəyinə inanır. Almaniyanın xarici işlər naziri bildirib ki, avropalılar bu prosesin müsbət istiqamətdə davam etməsini təmin etmək üçün əlindən gələni etməlidir.