BAKI, 17 iyul. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 43,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bundan başqa, iyulun 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 11777 ədəd xaş-xaş kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.