BAKI, 16 iyul. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 35 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kermanpur məlumat verib.

Onun sözlərinə görə, gecə saat 00:00-a olan məlumata əsasən, hava hücumlarının qurbanları arasında 35 mülki şəxs var.

Kermanpur bildirib ki, axtarış və xilasetmə işləri davam etdiyindən ölənlərin sayının artacağı istisna edilmir.

Hadisə ilə bağlı əlavə məlumatların araşdırıldığı qeyd olunur.