BAKI, 15 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp dünya bazarlarına neft daşınması üçün Hörmüz boğazına alternativ marşrutların mövcud olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
ABŞ lideri Hörmüz boğazından keçən gəmilərin sayının azalması ilə bağlı suala cavabında bildirib ki, boğazdan keçid istəyənlər üçün marşrut açıqdır.
“Əgər kimsə keçmək istəyirsə, boğaz açıqdır. Lakin biz onu İran üçün açmırıq. Giriş və çıxış baxımından yalnız İran üçün bağlıdır”, - deyə Tramp iddia edib.
O qeyd edib ki, son aylarda enerji daşımaları sahəsində ciddi dəyişikliklər baş verir və yeni nəqliyyat imkanları formalaşır.
“Son bir neçə ayda çox şey dəyişib. Yeni boru kəmərləri tikilir. Biz əla alternativlər tapırıq, o cümlədən Texasda və Alyaskada”, - deyə ABŞ Prezidenti vurğulayıb.