BAKI, 15 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın danışıqlara qayıtmayacağı təqdirdə Vaşinqtonun hərbi əməliyyatları davam etdirəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.
ABŞ liderinin sözlərinə görə, Tehran danışıqlar masasına qayıtmasa, Amerika hərbçiləri yaxın günlərdə və gələn həftə də İrana qarşı zərbələr endirməyə davam edəcəklər.
“Biz bu gün, sabah, birigün və gələn həftə də onlara zərbələr endirəcəyik”, - deyə Tramp bildirib.
O vurğulayıb ki, hücumların dayandırılmasının əsas şərti İranın yenidən danışıqlara başlamasıdır.
Tramp əlavə təfərrüatlar açıqlamasa da, Vaşinqtonun Tehrana təzyiq siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirib.