BAKI, 15 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İran ərazisinə endirilən zərbələrin davam etdiriləcəyini və gələcəkdə enerji obyektlərinin də hədəfə çevrilə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

ABŞ liderinin sözlərinə görə, Vaşinqton hələlik İranın enerji infrastrukturuna zərbələr endirməyib, lakin bu hədəflər sonrakı mərhələlər üçün saxlanılıb.

“Mən enerji hədəflərini sonraya saxlayacağam, lakin sonda enerji obyektlərinə də zərbələr endirəcəyik”, - deyə Tramp bildirib.

O, mümkün əməliyyatların vaxtı və miqyası barədə əlavə məlumat verməyib.