BAKI, 14 iyul. TELEQRAF

Böyük Britaniyanın enerji şirkəti "Shell" Hindistandakı külək və günəş enerjisi biznesini "Aditya Birla Renewables" şirkətinə 1,8 milyard dollara satıb.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, sövdələşmə şirkətin fəaliyyətini neft-qaz sektoruna yönəltmək strategiyası çərçivəsində həyata keçirilib.

Qəzetin yazdığına görə, "Shell" bərpa olunan enerji mənbələrinə yatırımlarını azaltmağa davam edir və diqqətini daha yüksək gəlir təmin edən fəaliyyət istiqamətlərinə yönəldir.

Xatırladaq ki, daha əvvəl "Shell"in baş icraçı direktoru Vael Savan dünya neft bazarında 1 milyard barellik çatışmazlıq yarandığını və bu boşluğun hər gün daha da dərinləşdiyini bildirmişdi.