BAKI, 14 iyul. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 14-də Anqola Respublikasına səfərə yola düşür.
Bu barədə Teleqraf-a idarədən məlumat verilib.
BMT Baş Katibinin müavini, Sivilizasiyalar Alyansının xüsusi nümayəndəsi Migel Anxel Moratinosun dəvəti ilə Şeyxülislam A.Paşazadə “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində keçiriləcək yüksək səviyyəli dialoqda iştirak edəcək.
Afrika qitəsində ilk dəfə keçiriləcək bu mötəbər tədbir 16-17 iyul tarixlərində Anqolanın Luanda şəhərində keçiriləcək.
Şeyxülislam A. Paşazadə tədbirin açılış mərasimində çıxış edəcək.