ŞƏMKİR, 12 iyul. TELEQRAF

Şəmkirda qadın bədbəxt hadisə nəticəsində ölüb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nigar Vəliyevanı elektrik cərəyanı vurub. Qadın elə hadisə yerində vəfat edib. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.