BAKI, 22 oktyabr. TELEQRAF

17 oktyabrda Fransada baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ədliyyə naziri Jerald Darmanin bildirib.

Darmaninin sözlərinə görə, şənbə günündən bəri 2700 nəfər həbs olunub, onlardan 217-si nəzarətə götürülüb.

O qeyd edib ki, həbsdə olanların yarısının əvvəllər heç bir cinayəti olmayıb: "Həqiqətən də son dərəcə sərt tədbirlər görülüb".

17 oktyabrda Parisdə və bütün Fransada yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin aşağı düşməsinə etiraz olaraq kütləvi nümayişlər keçirilib. Təşkilatçılar aksiyalarda 800 min nəfərin iştirak etdiyini təxmin edirlər.