BAKI, 22 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp "SpaceX" şirkətinin təsisçisi İlon Maskdan Ukraynada "Starshield" hərbi peyk rabitə sisteminin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmasını istəyib.

Teleqraf xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən bildirib.

Sistemlər Tramp və Mask arasındakı söhbətdən qısa müddət sonra işləməyə başlayıb, lakin sürətləri tam bərpa olunmayıb.