BAKI, 7 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olduğunu bildirib və iki ölkənin müdafiə sahəsində əməkdaşlığının gələcəkdə daha da inkişaf edəcəyini deyib.
Teleqraf xəbər verir ki, bunu Donald Tramp Ankarada jurnalistlərə açıqlamasında bildirib.
O, Prezident Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətlərini vurğulayıb:
"F-35 ilə bağlı qərarımızı verəcəyik, çox yaxşı münasibətlərimiz var. Türkiyə ilə mükəmməl əlaqələrimiz mövcuddur. Türkiyə hərbi baxımdan çox güclü ölkədir. Sizin əla əsgərləriniz var. Müdafiə sənayeniz çox güclüdür. Qarşıdakı dövrdə çox yaxşı əməkdaşlıq edəcəyik".