BAKI, 18 iyun. TELEQRAF

İran ABŞ ilə danışıqlar aparmaq üçün İsveçrəyə səfərlə bağlı hələlik yekun qərar verməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, səfərlə bağlı qərar yaxın saatlarda verilməlidir.

Səfər təsdiqlənərsə, İran hökuməti səfərlə bağlı əlavə məlumat verəcək.

Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən ABŞ və İranın tərəflərin əldə etdiyi razılaşmanı həyata keçirmək üçün iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində ilkin danışıqlar aparacağını bildirmişdi.