BAKI, 18 iyun. TELEQRAF

Cənubi Qafqazda davamlı sülh üçün real imkan yaranıb.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Azərbaycandakı yeni səfiri Dunkan Norman Böyük Britaniya kralı III Çarlzın doğum günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan hazırda dinamik inkişaf edən, qlobal dünya ilə sıx əlaqələrə malik müasir dövlət kimi mühüm imkanlar dövrünü yaşayır.

Onun sözlərinə görə, bir nəsil ərzində ilk dəfə olaraq regionda uzunmüddətli sabitliyin təmin edilməsi üçün əlverişli şərait formalaşıb:

“Davamlı sülh ticarət, investisiya və nəqliyyat əlaqələrinin genişlənməsinə şərait yaradacaq. Qarşıda duran əsas vəzifə bu prosesin dönməz xarakter almasını təmin etməkdir”.