CƏLİLABAD, 18 iyun. TELEQRAF

Cəlilabadda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb.

Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən qəfildən elektrik enerjisinin verilməsi nəticəsində cərəyan onu vurub.

Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.