BAKI, 15 iyun. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi barədə razılığa gələn Avropa ölkələri, ABŞ, İran və ya Oman tələb edərsə,bir neçə gün ərzində qüvvələrini yerləşdirə bilərlər.
Teleqraf xəbər ki, Makrob aviasiya, dəniz qüvvələri və təyyarədaşıyan qrupların Yaxın Şərqə göndərilməsini mümkün sayıb.
"Sabah müşahidə missiyaları üçün qırıcı təyyarələr, 48 saat ərzində freqatlar, iki-üç gün ərzində isə bütün qrupu müşayiət edən freqatları olan təyyarədaşıyan gəmi göndərməyə hazırıq. Əlbəttə ki, bütün bunlar ABŞ, İran və Omanın istəkləri əsasında ola bilər.
O əlavə edib ki, Avropa tez bir zamanda hərəkətə keçməyə hazırdır, lakin son yerləşdirmə tərəflərin siyasi razılığından asılıdır.
Bu arada, ABŞ prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, Vaşinqtonun regionda gəmiçiliyi təmin etmək üçün köməyə ehtiyacı olmayacaq, çünki Hörmüz boğazı açıq qalacaq.