BAKI, 16 iyun. TELEQRAF
İran müharibəsi nəticəsində artan neft qiymətlərini nəzarətdə saxlamaq üçün bazara milyonlarla barel neft buraxan ABŞ-nin strateji neft ehtiyatı 43 ilin ən aşağı səviyyəsinə düşüb.
Teleqraf xəbər verir ki, ABŞ-nin neft ehtiyatları təxminən 340,3 milyon barelə düşüb.
Mart ayında Beynəlxalq Enerji Agentliyinə (BEA) üzv dövlətlər İrandakı müharibə səbəbindən neft qiymətlərinin sürətlə artmasının qarşısını almaq üçün böyük miqdarda strateji neft ehtiyatlarını bazara çıxarmaq barədə razılığa gəliblər.
BEA baş direktoru Fatih Birol Hörmüz boğazının bağlanması səbəbindən itirilən tədarükü kompensasiya etmək üçün bazara ümumilikdə 400 milyon barel neft çıxarılacağını açıqlamışdı.
ABŞ Energetika Nazirliyi isə ehtiyat fonddan 172 milyon barel neftin çıxarılacağını açıqlayıb.