BAKI, 15 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, öldürülən zabitlər Qəzza zolağının mərkəzində öldürülən Saleh Ramazan Məhəmməd Xəlifə və anklavın şimal hissəsində öldürülən Məhəmməd Musa Diab əl-Biladır.

İsrail Müdafiə Qüvvələri mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün hücumlar zamanı yüksək dəqiqlikli silahlardan istifadə edildiyini bildirib.