BAKI, 16 iyun. TELEQRAF

2026-cı il dünya çempionatının G qrupunun Belçika-Misir qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Teleqraf xəbər verir ki, qrupun ilk matçında komandalar xalları bölüşüb.

Misir yığmasının heyətində Emam Aşur, Belçikada isə Romelu Lukaku fərqlənib.

***

00:31

Belçika yığması hesabı bərabərləşdirib.

Teleqraf xəbər verir ki, yığmanın bərabərlik qolunu 66-cı dəqiqədə Lukaku vurub.

00:08

2026-cı il dünya çempionatının G qrupunun Belçika-Misir qarşılaşmasında ikinci hissə başlayıb.

***

23:50

2026-cı il dünya çempionatının G qrupunun Belçika-Misir qarşılaşmasında birinci hissə yekunlaşıb.

Teleqraf xəbər verir ki, misirlilər fasiləyə üstün yollanıblar -1:0.

***

23:22

2026-cı il dünya çempionatının G qrupunun Belçika-Misir qarşılaşmasında hesab açılıb.

Teleqraf xəbər verir ki, misirlilər 1:0 üstünlük qazanıb.

Yığmanın heyətində Emam Aşur fərqlənib.

***

23:00

2026-cı il dünya çempionatının G qrupunda ilk turun oyunlarına start verilib.

Teleqraf xəbər verir ki, qrupun ilk matçında Belçika millisi Misirlə qarşılaşır.

Görüş bu gün Bakı vaxtilə saat 23:00-da başlayıb.

Qeyd edək ki, G qrupunun digər oyununda İran Yeni Zelandiya ilə üz-üzə gələcək.