BAKI, 15 iyun. TELEQRAF

Prezident Donald Tramp inanır ki, ABŞ bir daha İrana qarşı hərbi güc tətbiq etməli olmayacaq.

Teleqraf xəbər verir ki, Amerika lideri bunu Evian-le-Ben şəhərində keçirilən G7 sammiti çərçivəsində Fransa Prezidenti Emmanuel Makronla ikitərəfli görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib.

"Ümid edək ki, münasibətlər yaxşı olacaq və biz yola gedəcəyik. Əks təqdirdə, əvvəlki vəziyyətə qayıdacağıq. Amma düşünmürəm ki, buna ehtiyac var", - deyə Tramp Tehran və Vaşinqton arasında hərbi əməliyyatlara son qoymaq məqsədi daşıyan anlaşma memorandumunu şərh edərkən bildirib.

Anlaşma memorandumunun imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır.