BAKI, 15 iyun. TELEQRAF

İtaliyanın "Milan" futbol klubunun yeni baş məşqçisi Ruben Amorim olacaq.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, portuqaliyalı mütəxəssis Milan təmsilçisi ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Ruben Amorimin son iş yeri İngiltərənin "Mançester Yunayted" klubu olub.