BAKI, 15 iyun. TELEQRAF

Tehran və Vaşinqton arasında imzalanması gözlənilən razılaşmanın bir hissəsi olaraq, ABŞ təxminən 12 milyard dollar dəyərində İran aktivlərinin dondurulmasını ləğv edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr davam edəcəyi 60 gün ərzində daha 12 milyard dollarlıq dondurulmuş vəsaitin ləğvi nəzərdə tutulub.

İran ABŞ-ın hərbi əməliyyatlarının vurduğu ziyanı 300 milyard dollar olaraq qiymətləndirir. "Mehr" qeyd edir ki, ABŞ və müttəfiqləri İslam Respublikasının bərpası üçün planlar təqdim etməli olacaqlar.