BAKI, 15 iyun. TELEQRAF
Futbol üzrə dünya çempionatında Ekvador seçməsi ilə qarşılaşan Fildişi Sahili 1:0 hesablı qələbə qazanıb.
Teleqraf xəbər verir ki, qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Aftika təmsilçisi qələbə qolunu 90-cu dəqiqədə vurub.
Fildişi Sahili seçməsi II turda, iyunun 20-də Almaniya millisi, III turda isə Kurasao yığması (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi isə Kurasao (21 iyun), III turda Almaniya seçməsi (25 iyun) ilə üz-üzə gələcək.
Qeyd edək ki, E qrupunun ilk matçında Almaniya Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.