BAKI, 15 iyun. TELEQRAF
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər .
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Mənbələrin məlumatına görə, 19 iyunda keçirilməsi planlaşdırılan imzalanma mərasimində Amerika tərəfini vitse-prezident J.D. Vens təmsil edəcək. Nəşr qeyd edir ki, əgər bu baş tutarsa, bu tədbir Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksək səviyyəli görüş olacaq.
ABŞ, İran və vasitəçi Pakistan rəsmiləri razılaşmanı təsdiqləyiblər. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, 60 günlük atəşkəs zamanı tərəflər İrana qarşı sanksiyaların ləğvi, onun nüvə proqramı, ölkənin yenidən qurulması və iqtisadi inkişafı yollarını müzakirə edəcəklər.
ABŞİranVance, James David