BAKI, 14 iyun. TELEQRAF

Təhlükəli sığortasız dırmanışları ilə tanınan yəmənli alpinist Əntər əl-Absi Dəmt vulkanının qaynar kraterinə düşərək həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Yemen Online nəşri Yəmənin Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb.

Hadisə çoxsaylı tamaşaçıların gözü qarşısında baş verib. Bildirilir ki, insanlar alpinistin dırmanışını videoya çəkərkən o, qəfil vulkan kraterinə düşüb.

“Örümçək adam” ləqəbi ilə tanınan Əntər əl-Absi təhlükəli yüksəlişləri sığorta avadanlığı və xüsusi qoruyucu vasitələr olmadan həyata keçirməsi ilə məşhur idi. Məlumata görə, o, bu dəfə də vulkana ayaqqabısız və avadanlıqsız qalxmağa çalışıb.

Alpinistin gözdən itməsi ilə dərhal axtarış-xilasetmə əməliyyatına başlanılıb. Xilasedicilər onun cəsədini sönmüş vulkanın daxilində yerləşən isti kükürdlü sularda aşkar ediblər.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.