BAKI, 14 iyun. TELEQRAF
Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların ilk mərhələsinin başlanmasına razılıq verib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Baş naziri Peter Madyar "X" sosial şəbəkəsində paylaşdığı videomüraciətdə danışıb.
Onun sözlərinə görə, Macarıstan iyunun 15-də Avropa İttifaqı ilə Ukrayna arasında ilk danışıqlar blokunun açılmasına razılıq verib.
Baş nazir vurğulayıb ki, danışıqların ilk mərhələsinin başlanması yalnız prosesin başlanğıcıdır və Ukraynanın Aİ-yə üzvlük yolu uzun illər çəkə bilər.
Madyar nümunə kimi Monteneqronun təcrübəsini göstərib. O bildirib ki, Monteneqro hələ 2012-ci ildə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlasa da, bu proses hələ də yekunlaşmayıb.
Baş nazirin fikrincə, Ukraynanın da tamhüquqlu üzvlüyə nail olması üçün qarşıda uzun və mürəkkəb danışıqlar mərhələsi dayanır.