BAKI, 14 iyun. TELEQRAF

“Financial Times” qəzeti Konqo Demokratik Respublikasında Ebola qızdırmasının yayılmasını yeni pandemiya öncəsi “baş məşq” kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Ebola virusunun özünün növbəti qlobal pandemiyaya səbəb olması ehtimalı yüksək deyil.

Bununla belə, nəşr vurğulayır ki, Konqo Demokratik Respublikasında baş verən epidemiya beynəlxalq səhiyyə sisteminin maliyyə çatışmazlığı və cəmiyyətin elmə olan etimadının zəifləməsi fonunda gələcəkdə yarana biləcək daha böyük təhlükələrin göstəricisidir.

“Financial Times”ın yazdığına görə, qlobal səhiyyənin maliyyələşdirilməsinin azalması və ictimaiyyətin elmə inamının zəifləməsi gələcək pandemiyalarla mübarizəni daha da çətinləşdirə bilər.

Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında Ebola qızdırmasından təsdiqlənmiş ölüm hallarının sayının 86-ya yüksəldiyi açıqlanmışdı.