BAKI, 13 iyun. TELEQRAF
Serb Respublikasının (Bosniya və Herseqovinanın muxtar qurumu – red.) "Müstəqil sosial demokratlar" Alyansının sədri Milorad Dodik Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merz barədə sərt fikirlər səsləndirib.
Teleqraf xəbər verir ki, o, TASS agentliyinə müsahibəsində xalqın Makron və Merzi vəzifədən uzaqlaşdıracağına əmin olduğunu bildirib.
“Xalqın Fransa Prezidenti Emmanuel Makronu və Almaniya kansleri Fridrix Merzi vəzifədən uzaqlaşdırmasına başlaması yalnız an məsələsidir”, – Dodik qeyd edib.
Siyasətçi həmçinin Avropa İttifaqını tənqid edərək bildirib ki, hazırda qurumun lideri yoxdur.