BAKI, 13 iyun. TELEQRAF

"İslamabad Memorandumu" adlandırılan sənədin imzalanması üçün dəqiq tarix hələ müəyyən edilməyib. Onun sabah imzalanmayacağı dəqiqdir".

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd münaqişənin sona çatdırılmasına yönəlib və bu mərhələdə nüvə proqramı məsələsini qaldırmamaq qərarı verilib.

O, yaxın günlərdə müqavilənin imzalanmasının istisna edilmədiyini qeyd edib. Vurğulayıb ki, qarşı tərəfin açıqlamalarının uyğunsuzluğu səbəbindən ehtiyatlı olmaq vacibdir.