BAKI, 14 iyun. TELEQRAF

Braziliya millisinin futbolçusu Vinisius Junior dünya çempionatında növbəti qolunu vurub.

Teleqraf xəbər verir ki, 25 yaşlı hücumçu 2026-cı il dünya çempionatının qrup mərhələsində Mərakeşə qarşı keçirilən oyunda fərqlənib.

Bu, Vinisiusun mundiallar tarixində ikinci qolu olub. Bununla da o, dünya çempionatlarında vurduğu qolların sayına görə Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun göstəricisini təkrarlayıb.

“Real Madrid”in hücumçusu dünya çempionatlarında 2 məhsuldar ötürmə ilə də yadda qalıb. Mərakeşlə görüş Vinisiusun mundiallarda keçirdiyi 5-ci oyun olub.

Qeyd edək ki, Vinisius Junior ilk dəfə 2022-ci il dünya çempionatında çıxış edib.