BAKI, 14 iyun. TELEQRAF
“Real Madrid”dən ayrılan Alvaro Arbeloa karyerasını İngiltərədə davam etdirə bilər.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssis “Fulhem”in baş məşqçisi olmağa yaxındır.
London klubu Arbeloa ilə danışıqlarda son mərhələyə çatıb. Tərəflər arasında müqavilənin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
“Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub. Komandaya rəhbərlik edən Marko Silva isə mövsümün sonunda postundan ayrılıb. Portuqaliyalı mütəxəssis daha sonra “Benfika”nın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Arbeloa 2025/2026 mövsümünün ikinci yarısında “Real Madrid”in baş məşqçisi olub.