BAKI, 14 iyun. TELEQRAF

Braziliya millisinin 2026 dünya çempionatının Mərakeşlə oyundakı start heyətinin orta yaşı 29 il 235 gündür.

Teleqraf xəbər verir ki, bu barədə “Squawka” məlumat yayıb.

Bildirilib ki, bu, Braziliyanın 2006-cı ildən bəri dünya çempionatlarında meydana çıxdığı ən yaşlı start heyətidir. “Sambaçılar”ın 2006-cı ildə Fransa ilə keçirdiyi 1/4 final matçında start heyətinin orta yaşı 30 il 31 gün olmuşdu.

Qeyd edək ki, Braziliya – Mərakeş qarşılaşması bu gün Bakı vaxtı ilə saat 02:00-da başlayacaq.