BAKI, 13 iyun. TELEQRAF
ABŞ İran və bütün Yaxın Şərq ölkələri ilə əməkdaşlığın davam etdirilməsini gözləyir, lakin onlar imtina edərsə, tədbir görməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Biz uzaq gələcəkdə İran və bütün Yaxın Şərqlə işləməyi səbirsizliklə gözləyirik. Ümid edirik ki, bu proses sürətli, asan və rahat olacaq. Əgər belə olmasa, bizim son alternativimiz var və ümid edirəm ki, bundan bir daha istifadə etməməliyik!”, - deyə Tramp "TruthSocial"da yazıb.