BAKI, 14 iyun. TELEQRAF

Futbol üzrə dünya çempionatının B qrupunda Qətər - İsveçrə oyunu başa çatıb.

Teleqraf xəbər verir ki, dramatik keçən matçın 17-ci dəqiqəsində üstünlüyü ələ alan İsveçrə millisi qələbəni son dəqiqədə əldən verib.

Qətər yığmasının futbolçusu Bualem Xuxi 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolun müəllifi olub.

Beləliklə, Qətər millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində xal qazanıb.

***

01:02

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda hesab bərabərləşib.

Teleqraf xəbər verir ki, Qətər yığmasının futbolçusu Bualem Xuxi 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib.

***

00:12

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda ikinci hissə başlayıb.

Teleqraf xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəlidədirlər - 0:1.

***

23:54

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyuinunda ilk hissə yekunlaşıb.

Teleqraf xəbər verir ki, birinci hissə İsveçrənin 0:1 üstünlüyü ilə başa çatıb.

***

23:34

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyununda hesab açılıb.

Teleqraf xəbər verir ki, "San Francisco Bay Area" stadionunda keçirilən B qrupunun matçında avropalılar hesabda irəli çıxıblar.

17-ci dəqiqədə Brel Embolo penalti zərbəsini dəqiq yerinə yetirib.

***
23:00

Futbol üzrə dünya çempionatının Qətər - İsveçrə oyunu start götürüb.

Teleqraf xəbər verir ki, B qrupunun matçı "San Francisco Bay Area" stadionunda keçirilir.

Qarşılaşmanı honduraslı FIFA referisi Said Martines idarə edir.