AĞDAM, 14 iyun. TELEQRAF

Ağdamda ildırımdan sonra baş verən yanğın hadisəsinə əlavə kömək cəlb edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səhər saatlarında ildırım düşməsi nəticəsində rayonun Qaradağlı kəndində fəaliyyət göstərən mebel sexində baş verən yanğına FHN-nin Ağcabədi və Bərdə rayonlarından yanğınsöndürən bölməsinin əməkdaşları cəlb olunub.

yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

08:52

Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb.

Məlumata görə, ildırım kənd sakini Fikrət Soltan oğlu İbadova məxsus mağazaya düşüb. Nəticədə mağazada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürmə texnikaları cəlb olunub. Operativ müdaxilə nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisənin təfərrüatları və dəymiş ziyanın həcmi araşdırılır.