BAKI, 13 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri 24 saat ərzində Livanın cənubundakı “Hizbullah” hərəkatına məxsus 70 hərbi hədəfə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 24 saat ərzində Livanın cənubundakı "Hizbullah"ın 70 terrorçu hədəfinə, o cümlədən raket atıcıları və hərbi obyektlərinə zərbələr endirilib.

Bundan əlavə, mətbuat xidməti əlavə edib ki, Livanın cənubunda İsrail Müdafiə Qüvvələri əsgərlərinin əməliyyat keçirdiyi ərazidə müəyyən edilmiş terrorçular məhv edilib.