BAKI, 14 iyun. TELEQRAF

Braziliya millisi 2026-cı il dünya çempionatında ilk oyununa çıxıb.

Teleqraf xəbər verir ki, C qrupunda Mərakeşlə qarşılaşan “sambaçılar” meydanı heç-heçə ilə tərk ediblər.

Gərgin keçən görüş 1:1 hesabı ilə başa çatıb. Braziliya millisinin qolunu Vinisius Junior vurub.

Bu nəticədən sonra Braziliya və Mərakeş turnirdə ilk xallarını qazanıblar.

Qeyd edək ki, C qrupunun digər oyununda Haiti və Şotlandiya üz-üzə gələcək.

***

03:12

2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeşlə qarşılaşır.

Teleqraf xəbər verir ki, ilk hissəsi 1:1 hesablı başa çatan matçda ikinci yarı başlayıb.

***

02:54

2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeşlə qarşılaşır.

Teleqraf xəbər verir ki, matçın ilk hissəsi 1:1 hesablı bərabərliklə yekunlaşıb.

***

02:36

2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeşlə qarşılaşır.

Teleqraf xəbər verir ki, Braziliya yığmasının üzvü Vinisius Junior hesabı bərabərləşdirib - 1:1.

***

02:25

2026-cı il dünya çempionatında Braziliya millisi Mərakeşlə qarşılaşır.

Teleqraf xəbər verir ki, matçda hesabı Mərakeş millisi açıb.

İsmail Saribarinin qolu ilə afrikalılar hesabda önə çıxıb.

***

02:00

2026-cı il dünya çempionatında C qrupunun növbəti oyunu keçirilir.

Teleqraf xəbər verir ki, Braziliya millisi Mərakeşlə qarşılaşır.

Görüş bu gün Bakı vaxtilə saat 02:00-da start götürüb.

Qeyd edək ki, Brazilya dünya çempionatının beşqat qalibidir.