TOVUZ, 13 iyul. TELEQRAF

22:44

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub.

"Lada" markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü İsmət Nağıyev hadisə yerində vəfat edib. O, Vətən müharibəsi iştirakçısı olub.

Qəza yerinə yol polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.