BAKI, 13 iyun. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (SAXAL) son sutkada Livanın cənubundakı "Hizbullah" hərəkatının 70 hərbi hədəfinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"24 saat ərzində Livanın cənubundakı "Hizbullah" terrorçularının 70 hədəfinə, o cümlədən "Hizbullah"ın raket atıcıları və hərbi obyektlərinə zərbələr endirilib", - deyə açıqlamada qeyd olunub.

Bildirilib ki, Bundan əlavə, Livanın cənubunda İsrail Müdafiə Qüvvələri əsgərlərinin fəaliyyət göstərdiyi ərazidə müəyyən edilmiş terrorçular məhv edilib.