BAKI, 14 iyun. TELEQRAF
ABŞ Müdafiə Nazirliyinin rəhbəri Pit Heqset "Anthropic" şirkətinin süni intellekt modellərinin Pentaqondakı fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı xəbərləri şərh edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset "X" sosial şəbəkəsində paylaşım edib.
Heqset bildirib ki, "AnthropicAI"nin Pentaqondan çıxarılması təsadüfi qərar olmayıb.
“Keçən hər gün göstərir ki, bu, düzgün addım idi”, - deyə o yazıb.
ABŞ müdafiə naziri qərarın səbəbləri ilə bağlı əlavə təfərrüatlar açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ hakimiyyətinin "Anthropic" şirkətinin qabaqcıl süni intellekt modellərinin fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etdiyi barədə məlumatlar yayılmışdı. Heqsetin açıqlaması da həmin xəbərlərin fonunda səsləndirilib.