Türkiyə xarici işlər naziri Hakan Fidan İstanbulda Dünya Ahıska Türkləri Assosiasiyası tərəfindən təşkil edilən "Ahıska türkləri - İtirilmiş sürgünün izləri ilə" sərgisinin rəsmi açılışında iştirak edib.
Teleqraf xəbər verir ki, tədbir Atatürk Mədəniyyət Mərkəzinin İncəsənət Qalereyasında keçirilib.
Sərginin məqsədi Ahıska türklərinin üzləşdiyi sürgün və tarixi ədalətsizlik, onların haqlı mübarizəsi barədə daha geniş auditoriyaya məlumat çatdırmaqdır.